Yəmən qüvvələri Damar vilayətində ABŞ-ın dronunu vurdular 21 Avqust 2019 09:13 Yəmən "Ənsarullah" hərəkatının hava hücumundan müdafiə qüvvələri işğalçı Səudiyyə Ərəbistanı dəstəkləyən ABŞ-ın "MQ-9" çox məqsədli pilotsuz uçus aparatını Damar vilayətində raketlə vurub. Maide.Az xəbər verir ki, bu barədə "Al-Masira" telekanalı xəbər verib. Husilərin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçus aparatını vurduğu raket yerində modernləşdirilib və tezliklə mətbuat konfransında nümayiş etdiriləcək. O, təcavüzkar Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının "Yəmənin hava məkanına daxil olmazdan əvvəl min dəfə düşünməli" olduğunu bildirib. Husilərin nümayəndəsi deyib ki, bizim Yəmən üzərində səmada yad təyyarələrin görünməsinin qarşısını almaq üçün imkanlarımız var. Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək ABŞ və bir sıra digər Qərb ölkələrinin dəstəyi ilə Yəmənə amansız hücumlar təşkil edir. Bu təcavüz nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür. Teqlər : #Yəmən,#qüvvələri,#Damar,#vilayətində,#ABŞın,#dronunu,#vurdular, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: 'Yəməndə dinc insanlara qarşı zorakılıq bütün hissləri aşdı' BMT Səudiyyə Ərəbistanı rejiminin Yəməndə həbsxanaya hücumunu qınayıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'