Yəmən ordusu və Ənsarullah 2500 kv.km. ərazini azad etdi

Yəmən ordusu və Ənsarullah 2500 kv.km. ərazini azad etdi

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Səudiyyə rejiminin ordusu və onların Yəməndəki xain müttəfiqlərinin işğalı altındakı Nəhim, Məarib və Əl-Cəufun rayon və qəsəbələrində irəliləməyə davam edir.
 
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii yanvarın 29-u təşkil etdiyi mətbuat konfransındakı çıxışında, son 48 saat ərzində 2500 kvadratkilometr ərazini işğalçıların əlindən azad etdiklərini bildirib.
 
Sərii keçirilən “Əl-Bunyanil Mərsus” əməliyyatında Səudiyyə rejiminin əsgərləri ilə xain müttəfiqlərindən 700 hərbçinin məhv edildiyini, 1750 nəfərin yaralandığını və 2500 nəfərin də əsir götürüldüyünü açıqlayıb.
 
17 hərbi briqada və 20 batalyondan ibarət olan Nəhimdə yerləşən düşmən qüvvələri məğlub edildi və texnikaları tam yararsız hala salındı.
 
Məaribin Sirvah bölgəsində yerləşən üçüncü hərbi bölgədən iki dəstə və Əl-Cəufdə yerləşən altıncı hərbi bölgədən olan üç dəstə məğlub edildi. /Deyerler.org
 

Google+ WhatsApp ok.ru