Yəmənli lider ABŞ, Fransa və digər qərb ölkələrini tənqid edib

Yəmənli lider ABŞ, Fransa və digər qərb ölkələrini tənqid edib

 Yəmənin "Ənsarullah" hərəkatının Baş katibi Seyid Əbdülməlik Bədrəddin əl-Husi televiziya vasitəsilə, ölkədəki təkfirçi terrorçularla bağlı çıxış edib.
 
Seyid Əbdülməlik əl-Husi çıxışıda vurğulayıb ki, ABŞ, Fransa və digər qərb ölkələri Yəməndəki terrorçu qruplaşmalara yardım edir.   

"Onlar İslam ümmətinin nüfuzunu zədələmək üçün bunu edirlər. Düşmənlər İslam dünyasındakı bəzi ixtilaflardan istifadə edərək düşmənçiliklər yaratmaq istəyir", - deyə Seyid Əbdülməlik Bədrəddin əl-Husi diqqətə çatdırıb.   

Qərb mədəniyyətində insanların əzildiyini bildirən Seyid Əbdülməlik əl-Husi bu dövlətlərdə insanların heç bir dəyərinin olmadığını xatırladıb.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru