Yəmən ordusu Səudiyyənin təcavüzünün cavabında  ‘Saudi Aramco’  neft şirkətinə aid obyektə raket hücumu edib

Yəmən ordusu Səudiyyənin təcavüzünün cavabında ‘Saudi Aramco’ neft şirkətinə aid obyektə raket hücumu edib

Yəmən Ordusu Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco” dövlət neft və qaz şirkətinin paylama stansiyasına raket hücumu edildiyini bildirib.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu  Yəmən ordusunun sözçüsü general Yəhya Səri deyib. 
 
O bildirirb ki, bu hücum  "Qüds2" qanadlı raketlə təşkil olunub. "Qüds2" qanadlı raketi hədəfi tam dəqiqliyi ilə vurub.  Raketin hədəfə dəyməsindən sonra hadisə yerinə  təcili tibbi yardımlar və yanğın söndürənlər hadisə yerinə cəlb olunub". 
 
O deyib ki, bu əməliyyat  Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü və uzun müddət Yəmən xalqını  mühasirədə saxlamasına cavabdır.
 
Yəmən Ordusunun sözçüsü Y.Səri  Səudiyyə Ərəbistanda fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq edib. "Bir daha  Səudiyyə Ərəbistanında  fəaliyyət göstərən xarici şirkətlərə və xarici vətəndaşlara tövsiyə edirik  önəmli neft obyektlərindən uzaqlaşsınlar. Çünki neft obyektləri ordumuzun hücum nöqtələridir.  Bizim əməliyyatlarımız davam edir."
 
Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.
  
 

Google+ WhatsApp ok.ru