YAP-ın namizəd siyahısı alt-üst ola bilər

Avropa Məhkəməsinin siyasi işlərlə bağlı elan edəcəyi qərarlar iqtidarda ciddi narahatlıq yaradıb

Parlament seçkilərinə qədər Avropa Məhkəməsi Azərbaycanla bağlı 50-yə yaxın siyasi işlə bağlı qərarları elan edə bilər. Bu isə iqtidarda ciddi narahatlıq yaradıb. Qəzetimizə verilən məlumata görə, elan ediləcək qərarların əhəmiyyətli hissəsi bundan əvvəl keçirilən parlament seçkilərilə bağlı olacaq.
 
Bu isə hazırda deputat olan xeyli sayda YAP-çı və hökumətyönlü millət vəkillərinin mandatını şübhə altına alacaq. Həmin qərarlardan sonra onların namizədliyinin verilməsi də hakimiyyət üçün ciddi problem yarada bilər. Iqtidarın narahatlığı da elə bununla bağlıdır. Avropa Məhkəməsinin gözlənilən qərarlarından sonra YAP-ın siyahısının yenidən nəzərdən keçirilməsi gündəmə gələcək. Faktiki olaraq hakim partiyanın siyahısı alt-üst olacaq. Yeni siyahının hazırlanması isə hakimiyyət daxilində yeni ziddiyyətlərin ortaya çıxmasına səbəb ola bilər. Məlumatlarda bildirilir ki, hakimiyyətin hazırda gözlənilən təhlükə ilə bağlı heç bir planı yoxdur.(Azadlıq)

Google+ WhatsApp ok.ru