İyunda Bakıda ərzağın qiyməti maydakı ucuzlaşmadan sonra sabitləşib

Maide.az xəbər verir ki, iyunda Turan agentliyinin tərtib etdiyi 30 növlük əsas ərzaq səbətinin qiyməti dəyişməyib.
 
Bu, bazara mövsümi meyvə -tərəvəz çıxarılması ilə bağlıdır. Adətən, bu dövrdə bazarda qiymətlər düşür.
 
Ramazan başlayandan toy mərasimləri keçirilmir. Qiymətlərə bu amil də təsir edir.   
 
Pomidor daha çox ucuzlaşıb (-47%). Digər kənd təsərrüfatı məhsulları belə ucuczlaşıb:  kartof (-15%), soğan (-12,5%). Xiyar (+40%), alma (+30%), kələm (+20%), yumurta (+12%), toyuq içalatı (+3,5%) bahalanıb.
 
Qalan məhsulların qiyməti az dəyişib və ya sabit qalıb – məsələn, mal əti, qoyun əti, kərə və bitki yağı. İyulun sonunda qiymətlər bahalana bilər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə bağlı deflyasiya inflyasiya ilə əvəzlənə bilər.
 
Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Aleksey Alekseyenko  "Vestnik Kavkaza" nəşrinə deyib ki, sanksiya dövründə Azərbaycandan ərzaq idxalı artıb. İran məhsulunun bir hissəsi də Azərbaycandan keçir. Azərbaycan etibarlı tədürükçüdür, onun ixrac etdiyi məhsula iradımız yoxdur.
 
Rusiya EA akademiki Elmira Krılatıx da tədarükün artdığını qeyd edib.
 
Hökumət hələlik aqrar sektorun imkanlarını optimallaşdıra bilməyib. Sahədə ciddi azalma var, indiki zəif ödəniş qabiliyyəti şəraitində əhalinin ehtiyacları təmin olunmur.
 
Məhsulun qiymıətini süni şəkildə artıran inhisarçılar da bazara mənfi təsir edir. 

Google+ WhatsApp ok.ru