Yəmən müharibəsi: Dünyanı sarsıdan uşağın taleyi- VİDEO

Yəmən müharibəsi: Dünyanı sarsıdan uşağın taleyi- VİDEO

Yəməndə aclıq çəkən bu uşağın görüntüləri dünyanı sarsıtmışdı. Səlimin 7 yaşı var idi və o, kəskin aclıqdan əziyyət çəkirdi...350,000 yəmənli uşaqlarla bərabər.
İndi bu rəqəm 2 milyona çatıb.
 
BBC-nin məlumatına görə, Səlimi təcili yardım sayəsində xilas etmək mümkün olub, lakin uşağın beyni zədələnib və o, boydan qalıb.
 
Onun ailəsi hələ də yeməyə möhtacdır.
 
Qeyd edək ki, bir müddət öncə BMT-nin Humanitar İşlər Yardım Koordinatorluğu Ofisi (OCHA) öz "twitter" səhifəsində verdiyi açıqlamada, işğalçı Səudiyyə Ərəbistanı rejiminin Yəmənə qarşı təcavüzü nəticəsində bu ölkədə 10 milyona yaxın uşağın təcili humanitar yardıma möhtac olduğunu bildirmişdi. 
 
Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 mindən çox yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub. 
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. 

Google+ WhatsApp ok.ru