Yəməndə  3 günlük matəm elan edildi

Yəməndə 3 günlük matəm elan edildi

-- Yəmən Ali Siyasi Şurasının sədrinin şəhid olması münasibətilə

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samadın olduğu karvanı bombalayıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, bombardman nəticəsində Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samad ilə yanaşı, Yəmən ordusunun yüksək rütbəli 4 komandiri şəhid olub. Saleh Əs-Samad maşın karvanı ilə Yəmənin Hudeydadakı hərbi qüvvələrini ziyarət etmək üçün yola çıxmışdı.
 
Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Şəhid Saleh Əs-Samadın intiqamı Səudiyyə rejimi qüvvələrinə baha başa gələcək”
 
Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Şəhid Saleh Əs-Samadın intiqamının Səudiyyə rejimi qüvvələrinə baha başa gələcəyini vurğulayıb. “Şəhid Saleh Əs-Samadın qanı hədər olmayacaq. Səudiyyə rejimi qüvvələri və koalisiyası qüvvələrinin yerləşdiyi hər sahə hədəfimiz olacaq. Düşmənlərimiz yaxşı bilməlidirlər ki, bütün Yəmən xalqının hər biri Saleh Əs-Samaddır”.
 
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samadın şəhid edilməsindən sonra, fövqəladə toplanan Yəmənin Milli Müdafiə Şurası bu vəzifəyə Məhəmməd Hüseyn Əl-Məşatı təyin ediblər.
 
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samadın şəhid olması ilə ölkədə 3 günlük milli matəm elan olunub.

Google+ WhatsApp ok.ru