Yəməndə siyasi cərəyanlar  “Milli Nicat Hökuməti”ni dəstəkləyir

Yəməndə siyasi cərəyanlar “Milli Nicat Hökuməti”ni dəstəkləyir

Yəməndə siyasi cərəyanlar bir müddət öncə yaradılmış “Milli Nicat Hökuməti” dəstəkləyirlər. 
 
Maide.Az xəbər verir ki, Yəməndəki partiyalar ötən gün Yəmənin müstəqilliyinin 49-cu ildönümündə yeni hökumətlə hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını elan edib. 
Yəmən İnqilabının Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi çıxışında ölkənin müstəqilliyi ilə bağlı keçirilən mərasimi ölkə xalqı üçün müqəddəs mərasim adlanıdırb və deyib ki, bu müstəqillik xalqa ölkəyə qarşı hər hansı təcavüz qarşısında müqavimət etmək üçün ilhamverici rol oynayıb. 
 
Yəmənin Kəramət partiyasının sədri Əbdülmalik Həcəri deyib ki, ölkədəki bütün siyasi partiyalar Ənsarullah və digər xalq hərakatı koalisiyası üzvləri arasında “Milli Nicat Hökumətini” dəstəkləyir. “Mənim başçılıq etdiyim partiya Milli Nicat Hökumətinin proqramlarının icrası uğrunda heç bir çalışmadan çəkinməyəcək”.
 
İki gün öncə Yəməndə yeni hökumət üzvlərinin andiçmə mərasimi keçirilib. 
 

Google+ WhatsApp ok.ru