Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb

Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb

Yəməndə vəba epidemiyası 500 nəfərin həyatına son qoyub.
 
Maide.Az "Apa"-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç bildirib.
 
Onun sözlərinə görə, son bir ay ərzində Yəmənin 19 vilayətində vəba xəstəliyindən 500 nəfər ölüb. “Ölənlərin sayı 2016-ci ilin oktyabrı 2017-ci ilin martı dövrü ilə müqayisədə dörd dəfə artıb”, deyə T.Yazareviç bildirib.
 
Qeyd edək ki, Yəmən hökuməti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.
 
Beynəlxalq Təşkilatlar o cümlədən BMT və Qizıl Xaç Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünü Yəməndə vəbanın yayılmasına səbəb kimi göstərib. Səudiyyə rejiminin yoxsul Yəmənə təcavüzü nəticəsində bu ölkədə infrastruktura ciddi ziyanlar dəyib. Bir çox xəstəxanalar, məktəblər və zavodlar dağıdılıb. 
 
Yəmən qaynaqlarının məlumatına görə, Səudiyyə rejimi Yəməndə əsasən dinc sakinlərin məskunlaşdığı bölgəni bombalaması nəticəsində indiyədək 12 min nəfərdən çox insan həyatını itirib və milyonlarla insan evlərindən didərgin düşüb. 
 
Azal Medical Centerin həkimi Yahya Al-Hamdani düşünür ki, vəba virusu Yəməndə qəsdən və hava vasitəsi ilə yayılıb. “Epidemiyanın yayılmasında önəmli səbəblərdən biri zəhərli qazların hava vasitəsi ilə yayılmasıdır. Zəhərli qazlar gizli şəkildə vəba virusunun geniş yayılmasına səbəb olur”. 
 
Həkim həmçinin Yəməndə xəstəxanaların dağıdılması, dərman, tibbi personal və həkimlərin çatışmamazlığı da bu virusun insanlar arasında geniş yayılmasının digər amili kimi qeyd edib. 
 

Google+ WhatsApp ok.ru