Yəməndə xolera epidemiyası can almağa davam edir 19 İyul 2018 01:00 Yəmən BMT-nin Uşaq Fondu (UNICEF) bildirir ki, Yəməndə 13 ay ərzində xolera epidemiyasından həyatını itirənlərin sayı 2 min 300 nəfəri keçib. Maide.Az “AA”a istinadən xəbər verir ki, BMT-nin Uşaq Fondunun Yəmən ofisi öz Twitter səhifəsində verdiyi açıqlamasında son 13 ay ərzində xoleradan 2311 nəfərin öldüyü, 1 milyon 118 nəfərin isə xolera epidemiyasına yoluxma ehtimalı ilə nəzarətə götürüldüyü bildirilib. Açıqlamada xəstəliyin yayılmasının qarşısının alınması üçün davamlı iş aparıldığına baxmayaraq Səudiyyə rejiminin təcavüzünün davam etdirilməsi və səhiyyə sisteminin qeyri-kafi olmasına görə işlərin lazimi sürətdə olmadığı vurğulanıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının öncəki hesabatına görə, 2017-ci ilin iyun ayından indiyədək xolera epidemiyasından 2200 nəfər həyatını itirib, 1 milyondan çox yəmənlinin isə epidemiyaya yoluxub. Səudiyyə Ərəbistanının liderliyində Yəmənə qarşı başladılan müharibə təxminən 2 il yarımdır ki, davam edir. Bu müddətdə ölkədəki həyati infrastrukturlar tamamilə darmadağın edilib və tətbiq edilən iqtisadi sanksiyalarla vəba kimi bir çox yoluxucu xəstəliklər nəticəsində ölkə əhalisi çox ciddi təhdidlərlə üz-üzədir. Əgər tədbir görülməsə ölkədə insanlıq faciəsi baş verəcək. Mövcud statistikaya əsasən, Səudiyyə rejiminin təcavüzü nəticəsində 12 milyon nəfərdən çox yəmənli həyatını itirib. Teqlər : #Yəməndə xolera epidemiyası can almağa davam edir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Ənsərullah` liderindən Hudeydə açıqlaması Yəməndə indi də dengiz atəşi epidemiyası təhlükəsi yaranıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'