Özbəkistanın yeni prezidenti məlum oldu - Putin təbrik etdi

Özbəkistanın yeni prezidenti məlum oldu - Putin təbrik etdi

Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş prezident seçkilərinin nəticəsini açıqlayıb.
 
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yeni prezidenti baş nazir Şövkət Mirziyoyev olub. O, 88,61 faiz səs toplayıb.
 
Seçkilərdə seçici fəallığı 86,62 faiz təşkil edib.
 
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Prezidentin səlahiyyətlərini baş nazir Şövkət Mirziyoyev icra edib.  
 
Həmçinin bu gün Rusiya prezidenti Vladmir Putinlə Özbəkistanın təzə seçilmiş prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı olub.

Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
 
Vladimir Putin Şövkət Mirziyayevi seçkidə qələbə qazanması münasibəti ilə təbrik edib və Rusiyaya rəsmi səfərə dəvət edib. /

Google+ WhatsApp ok.ru