İtaliyanın baş naziri istefasını sonraya saxladı

İtaliyanın baş naziri istefasını sonraya saxladı

İtaliyanın baş naziri Matteo Renzi istefasını bir qədər sonraya saxlamalı olub. Prezidentin xahişi ilə nazir ölkənin 2017-ci il büdcəsi təsdiqlənəndən sonra istefa verəcək. Büdcə isə bu həftə təsdiq oluna bilər.
 
M.Renzi dekabrın 4-də keçirilən referendumda uduzarsa, istefa verəcəyini söyləmişdi. Referenduma M.Renzi-nin ölkə konstitusiyasına dəyişikliklərlə bağlı təklifləri çıxarılmışdı. İtalyanların çoxu təkliflərə «yox» dediyindən dekabrın 5-də nazir istefaya getdiyini elan etdi.
 
Referendumun nəticələri İtaliya iqtisadiyyatına mənfi təsir edib, ekspertlər ölkədəki qeyri-stabilliyin bank sektoruna da zərbə vuracağından, AB əleyhinə olan partiyaları fəallaşdıracağından narahatdırlar. Ona görə də İtaliya prezidenti Sergio Mattarella baş nazirlə görüşərək, onun istefasını bir qədər yubatmasını istəyib. (azadliq.org) /

Google+ WhatsApp ok.ru