Ziya Məmmədovun “vurulması”nın sirri

Hafiz Məmmədov nəqliyyat naziri barədə «yuxarılar»a hansı məlumatları ötürüb

Nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasının” kökündə vaxtilə onunla şərik olmuş “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun hakimiyyətin zirvəsinə ötürdüyü məlumatlar dayanır. Bu barədə “Azadlıq”a nəqliyyat nazirinin yaxın çevrəsindən məlumat daxil olub.
 
Məlumatda bildirilir ki, Hafiz Məmmədovun Ziya Məmmədovla bağlı hansı bilgiləri “yuxarılar”a təqdim etdiyi dəqiq bilinmir. “Lakin Hafiz Məmmədov Ziya Məmmədovla bağlı çox ciddi məlumatlara malik idi. Onun həmin məlumatları hakimiyyətin zirvəsinə ötürdüyü şübhəsizdir. Bəzi ehtimallara görə, bu məlumatlarda Ziya Məmmədovun maliyyə əməliyyatlarında qaydalara riayət etməməsilə bağlıdır”, – deyə qaynağımız bildirir.
 
Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun “vurulmasına” hazırlıq getdiyi barədə məlumatlar yayılır. Müşahidələr də bu məlumatların əsassız olmadığını göstərir. Nazirə məxsus “Transqeyt” şirkətinin marşrut avtobuslarının xətdən çıxarılması, taksi fəaliyyətilə bağlı lisenziyanın ASAN xidmətə verilməsi, Bakı-Sumqayıt qatarının açılış mərasiminə Ziya Məmmədovun dəvət olunmaması, nəhayət onun ölkə başçısı Ilham Əliyev səviyyəsində sərt tənqid olunması “nəqliyyat bossu”nun artıq hakimiyyətdə nüfuzunu itirdiyini göstərir.

Google+ WhatsApp ok.ru