Milli Məclisə seçkilərdə nаmizədin qeydə alınması üçün sənədlərin təqdim edilməsinə başlanılıb

Azərbaycanda bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanılıb.
Sənədləri namizədin özü və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.
Seçkilərin hazırlanıb keçirilməsi əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, proses səsvermə gününə ən çoxu 50 gün qalmış - sentyabrın 12-də başlayır və ən аzı 30 gün qalmış - oktyabrın 2-si saat 18:00-dək davam edir.

Google+ WhatsApp ok.ru