Ərbəinə gedən zəvvarlara Qum şəhərində gecələmək üçün şərait yaradılıb

Ərbəinə gedən zəvvarlara Qum şəhərində gecələmək üçün şərait yaradılıb

-- Zəvvarlar burada səfər ayının 25-dək (Noyabr ayının 14-dək) pulsuz gecələyə bilər

İranın Qum şəhərində Ərbəin ilə əlaqədar Kərbəlaya gedən zəvvarların məskunlaşması üçün pulsuz şərait yaradılıb. 
 
Maide.Az xəbər verir ki, Qum  şəhərinin “ Canbazan” meydanında yerləşən Qum Musallasında (Qum şəhərinin Cümə namazı məscidi) zəvvarlar Səfər ayının 25-dək (Noyabr ayının 14-dək)  pulsuz gecələyə bilər. Onların orada qalması üçün bütün şərait yaradılıb. 
 
İran KİV-lərinin məlumatına görə, həçinin Qum şəhərinin  müxtəlif məscid və İmamzadələrində  zəvvarların məskunlaşdırılması üçün lazimi infrastruktur tədarük görülüb. 
 
Zəvvarlara 24 saat xidmət göstərilir. Onların Həzrət Məsumənin (s.ə) məqbərəsini ziyarət etmək üçün gediş-gəlişi təmin edilib.  Tibbi xidmətlər göstərilir və müxtəlif mədəni proqramlar həyata keçirilir.  
 
Statistikaya əsasən ötən il Ərbəin günlərində Qum şəhərinə 67 min zəvvar səfər edib ki, onların 12 min nəfəri digər ölkələrin vətəndaşı olub.  Cari ildə 120 min zəvvarın Qum şəhərinə səfər edəcəyi proqnozlaşdırılır. 
Həzrət İmam Museyi-Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) məqbərəsi Qum şəhərinin mərkəzində yerləşir.
 
Qum Musallasında  məskunlaşmaq üçün zəvvarlar aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərlər.
+989905566080
+989127515046
 

Google+ WhatsApp ok.ru