Ayətullah Xamenei: Ərbəin yürüşü hər gün keçdikcə daha da beynəlxalq səviyyədə tanınacaq və genişlənəcək 18 Sentyabr 2019 16:40 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Ərbəin yürüşündə xidmət göstərən mokib və xidmət qrup rəhbərləri ilə görüşüb. Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, Ayətullah Xamenei görüşün əvvəlində İraq xalqının Ərbəin yürüşündə xidmətlərinə görə təşəkkür edib. Ərbəin yürüşü misilsiz və beynəlxalq bir yürüş adlandıran Ayətullah Xamenei bildirib ki, Ərbəin yürüşü İmam Hüseyni (ə) tanımaq və yeni İslami sivilizasiyanın təşkili üçün zəmin yaradır. “Böyük Ərbəin yürüşü İslam ümmətinə yardım üçün Allahın iradəsinin nişanəsidir. İmam Hüseynə (ə) olan eşq müstəsna bir mövzudur ki, tarix boyu misili olmayıb və olmayacaq. Hər il Ərbəin günündə İraqda təşkil olunan əzəmətli yürüş xüsusiilə Nəcəf – Kərbala yolundakı yürüş indi beynəlxalq bir toplantıya çevrilib. Bu gün dünyada zülm və fəsad geniş yayılıb. Bu günki dünyanın İmam Hüseynin (ə) azadlıq mübarizəsini tanımağa ehtiaycı var. Əgər İmam Hüseyn (ə) düzgün tanıtdırılarsa həqiqətdə İslam və Quran düzgün tanıtdırılmış olacaq”. Ayətullah Xamenei bildirib ki, Ərbəin yürüşü hər gün keçdikcə daha da beynəlxalq səviyyədə tanınacaq və genişlənəcək. “Bu yürüş 1400 il öncə baş vermiş Aşura hadisəsinin mesajının təzahürüdür. İmam Hüseyn (ə) yalnız şiələrə məxsus deyil, bütün İslami məzhəblər və azadlıqsevərlərə aiddir. Bu səbəbdəndir ki, biz Ərbəin yürüşündə qeyri-müsəlmanların da iştirakının şahidiyik”. Ali Rəhbər onu da əlavə edib ki, İslam düşmənləri bütün vasitələrdən və imkanlardan İslam ümməti ilə mübarizə üçün istifadə etdiyi bir vaxtda Allah Ərbəin yürüşünü bu cür əzəmətli göstərir və həqiqətdə İmam Hüseyn (ə) cəbhəsinin küfr cəbhəsinə qarşı sonda qələbəsini nümayiş etdirir. “Hər gün Ərbəin yürüşünün mədəni və mənəvi otmosferası zənginləşdirilməlidir. Düşüncə sahibləri və mədəniyyət işçiləri bu böyük hərəkəti tanıtdırmaq üçün prorqam hazırlasınlar. Bu yürüşdə müsəlmanlar arasında – sünni, şiə və müxtəlif tayfalardan olan xalqlar arasında bağlar daha da möhkəmləndirilməlidir. Əgər İslam ümmətinin potensialı Qərbi Asiya və Afrikanın şimalında bir-birinə birləşsə onda bütün dünya İslami sivilizasiyanın və ilahi izzətin həqiqi mənasını anlayacaqlar”. İraq və İran xalqını bir-birinə bağlı və dost ölkə adlandıran Ayətullah Xamenei bildirib ki, düşmənlər çox çalışdı ki, iki xalqın arasında ixtilaf yaratsın lakin Allahın lütfü ilə bacarmadı və bundan sonra da bacarmayacaqlar. “Çünki iki xalqı bir-birinə birləşdirən Allaha iman və Əhli-beytə (ə) xüsusi ilə İmam Hüseynə (ə) məhəbbətdir”. ABŞ və onun tərəfdarlarının 40 ildir İranı hədələdiyini və müxtəlif plan çızdıqlarını deyən Ayətullah Xamenei bildirb ki, bütün bu çirkli planlar və hədələrə baxmayaraq fidan olan İslam Respublikası hazırda gücülü bir ağaca çevrilib və onun səmərəsi və meyvələri hər gün inkişaf edir. Iştirakçıların ABŞ və sionist rejimə ölüm şüarı səsləndirməsinə toxunan Ayətullah Xamenei bildirib ki, Allahın lütfü ilə bu şüarlar çox uzaq olmayan bir zamanda həqiqətə çevriləcək və İslam ümməti düşmənlərinə qələbə çalacaq. Teqlər : #Ayətullah,#Xamenei:,#Ərbəin,#yürüşü,#hər,#gün,#keçdikcə,#daha,#beynəlxalq,#səviyyədə,#tanınacaq,#və,#genişlənəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: İran və ABŞ arasında heç bir səviyyədə müzakirə aparılmayacaq Bəzi Avropa ölkələrinin İrana münasibəti ABŞ-dan fərqli deyil - Ayətullah Xamenei
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB