Bəzi Avropa ölkələrinin İrana münasibəti ABŞ-dan fərqli deyil - Ayətullah Xamenei 26 Sentyabr 2019 17:02 İslam lideri "Avropanın vədləri faydasızdır. Çünki Avropa ABŞ-ın sanksiyalarına riayət edir. Onlardan ümidinizi kəsin. Açıq düşmənçilik edən ölkələrə etibar etməməliyik. İran ABŞ və sionist rejimdən başqa bütün ölkələrlə əlaqələrə açıqdır." Maide.Az "leader.ir" saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib. Ayətullah Xamenei bildirib ki, ABŞ-a dəstək verən bir neçə Avropa ölkəsi İrana qarşı açıq düşmənçilik edir. "Bu ölkələrin İslam Respublikasına münasibəti heç də ABŞ-dan fərqli deyil. Onlar zahirdə vasitəçi kimi görünməyə çalışır və uzun müzakirələr aparırlar. Amma bütün bunlar sadəcə absurddur. Bu Avropa ölkələri bütün vədlərinə baxmayaraq praktiki olaraq ABŞ-ın sanksiyalarına riayət edir və heç bir əməli addım atmırlar. Bundan sonra da çətin ki, İran üçün bir şey edə bilələr. Onlardan ümidinizi kəsin. Get-gəl etmək, müqavilə bağlamağın heç bir maneəsi yoxdur. Ancaq bilin ki, onlara etibar etməməlisiniz. Müzakirə aparan şəxslər indi deyirlər ki, Avropa ölkələri öhdəliklərini yerinə yetirmirlər. Təkcə bu məsələ onlara heç vaxt etibar etməməyin ən güclü sübutudur." Teqlər : #Bəzi,#Avropa,#ölkələrinin,#İrana,#münasibəti,#ABŞdan,#fərqli,#deyil,#Ayətullah,#Xamenei, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Ərbəin yürüşü hər gün keçdikcə daha da beynəlxalq səviyyədə tanınacaq və genişlənəcək ABŞ 7 milyard dollar xərcin qarşılığında yalnız uğursuzluq qazanıb – Ayətullah Xamenei
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB