Bu aparat 8 ildə 240 milyon kilometr yol gedib hədəfinə çatdı - FOTO-VİDEO

NASA-nın "Dawn" kosmik aparatı təxminən 8 illik səfərdən sonra asteroid qurşağındakı cırtdan planet Ceresin orbitinə uğurla daxil olub.
 
Maide.az xəbər verir ki, "Dawn" bir cırtdan planetə səfər edən ilk kosmik aparatdır. Eyni zamanda "Dawn" Yer-Ay sistemindən kənarda iki fərqli göy cisminin orbitinə girən ilk kosmik aparat olmaq xüsusiyyətini də qazanıb. "Dawn" Ceresə çatmamışdan əvvəl asteroid nəslinin ikinci böyük cismi Vestayı 2011-ci ilin iyulundan 2012-ci ilin sentyabr ayına qədər müşahidə etmişdi. Ceres və Vesta Mars və Yupiter arasında yerləşən asteroid nəslinin ən böyük iki cismini təmsil edir.
 
Astronomlar Yupiterin Yerin cazibə qüvvəsinin gücünə görə iki göy cisminin kifayət qədər böyümə şansı olmadığından bugünkü ölçülərdə qaldığını güman edir.
 
"Dawn"ın aparacağı yeni müşahidələr Günəş sisteminin erkən dövrlərinə və planet formalaşması haqqında yeni məlumatlar təqdim edəcək.
 
NASA-nın 2007-ci ilin sentyabrında səmaya buraxdığı "Dawn"  Ceresə çatmaq üçün ümumilikdə 240 milyon kilometr məsafə qət edib.
 
Yolu üzərində Ceresi bir neçə dəfə müşahidə edən "Dawn" ötən ay cırtdan planetin üzərində "donmuş vulkan"lara işarə etdiyi güman edilən iki işıq mənbəyi müşahidə etmişdi.

Google+ WhatsApp ok.ru