TQDK 9 rayonda zona müşavirələri keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu müşavirələrdə komissiyanın, Təhsil Nazirliyinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur. Müşavirələrdə müvafiq bölgələr üzrə orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq. 
 
Zona müşavirələri Lənkəranda, Şəkidə və Xaçmazda martın 11-də, Bakıda, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda martın 12-də, Naxçıvanda isə martın 13-də təşkil olunacaq.

Google+ WhatsApp ok.ru