Daşkəsənə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib 17 Sentyabr 2021 16:37 Hadisə Qərb bölgəsində güclü külək əsir, dağlıq rayonlara dolu düşüb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, günorta saatlarından dağlıq və dağətəyi rayonlarda hava şəraiti kəskin dəyişib. Daşkəsəndə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə Daşkəsənə və ətraf dağlıq rayonlara dolu düşüb. Hava şəraiti səbəbindən bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik olub. Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti müşahidə olunur. Teqlər : #Daşkəsənə,#dolu,#düşüb,#elektrik,#kəsilib,#nəqliyyatın,#hərəkəti,#çətinləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda ağaclıq ərazidə yanğın başlayıb Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO