Körpəni səsdən oyanmağa qoymayan “ağıllı” uşaq çarpayısı təqdim edilib 22 Oktyabr 2016 01:00 Ailə Pediatr Harvi Karp körpələrə tez yuxuya getməyə kömək edəcək və gecə vaxtı onların yuxusunu izləyəcək innovativ uşaq çarpayısı yaratmaq üçün İsveçrənin "Fuseproject” dizayner studiyası və Massaçusets Texnologiya İnstitutunun laboratoriyasının mühəndislər qrupu ilə səylərini birləşdirib. Beşillik əməkdaşlıq nəticəsində mütəxəssislər “Snoo” adlanan avtomatlaşdırılmış uşaq çarpayısı yaratmağa nail olublar. “Naked Science” resursuna istinadən xəbər verilir ki, gecə ərzində “ağıllı” çarpayı tez yuxuya getməni və dərin yuxunu təmin edən sakitləşdirici səslər çıxarır. Quraşdırılan mikrofon uşağın yuxudan ayılmasını qeydə alan zaman çarpayı müstəqil şəkildə yellənməyə və sakitləşdirici səslərin ucalığını artırmağa başlayır. Bunun sayəsində valideynlər gecə vaxtı uşağın yuxusuna görə narahatlıq keçirmirlər. Bundan başqa, çarpayıya əllə nəzarət etmək və idarə etmək istəyən valideynlər bunu "Wi-Fi” bağlantısı ilə çarpayının funksiyalarını dəyişməyə və onun yellənməsini izləməyə imkan verən mobil əlavə vasitəsilə edə bilərlər. Qeyd etmək lazımdır ki, çarpayının daxilində yuxuda uşağı saxlayaraq ona artıq hərəkətlər etməyə imkan verməyən xüsusi çexol var. Bundan əlavə, “Snoo” kənar işıqlandırmadan asılı olaraq parlaqlığı tənzimləyən işıq-diod lampalarla təchiz edilib. Hazırda qiyməti 1160 dollar təşkil edəcək çarpayı üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. (ictnews) / Teqlər : #Körpəni səsdən oyanmağa qoymayan ağıllı uşaq çarpayısı təqdim edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda süni mayalanma ilə bağlı QADAĞA Evlilikdə xoşbəxtliyin 7 mühüm amili – ARAŞDIRMA
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA