Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir 01 Noyabr 2016 02:00 Səfər Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşündə yaşanan o gözəl anları lentə almaq üçün film çəkilişlərinə başlayır. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Əhli-Beyt (ə) aşiqlərinin Kərbəlaya izdihamlı piyada yürüşü haqqında film çəkməyi planlaşdıran Amerikalı kinorejissor Katrin Bigelov (Kathryn Ann Bigelow) ötən gün İraqın Bəsrə şəhərinə səfər edib. K.Bigelovun çəkəcəyi film “Böyük Ərbəin” adlanır. Film haqqında ətraflı məlumat verilməyib. Qeyd edək ki, artıb bir neçə gündür ki, İraqın Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşləri başlayıb. Səfər ayı başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır. Amma xarici vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar. Teqlər : #Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azərbaycanda Aşura ədəbiyyatı` mövzusunda beynəlxalq konfrans keçiriləcək Kərbəlada Aşura günü baş verən hadisələrlə bağlı sərgi - VİDEO