Vitamin çatışmazlığı hansı əlamətlərlə özünü göstərir?

Vitamin çatışmazlığı hansı əlamətlərlə özünü göstərir?

İnsan orqanizmi müxtəlif qidalarla yanaşı, vitamin kompleksləri ilə də gücləndirilə, vitamin ala bilər.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, rusiyalı həkim-immunoloq Anna Şulyayevanın sözlərinə görə, vitamin çatışmazlığı insanın xarici görünüşündə də özünü büruzə verə bilər. Solğun, quru və səpməyə meylli dəri vitamin balansı haqqında düşünməyə əsas verir.
 
"Əgər saçınız tökülür və qırılırsa, dırnaqlarınız pis vəziyyətdədirsə, həkimə müraciət edin. Vitamin çatışmazlığının digər əlaməti isə apatiya, zəiflik və səhərlər əzginlik hissidir", - deyən həkim qeyd edib ki, müasir araşdırmalar insan orqanizmində hansı elementlərin çatışmadığını müəyyən edə bilir.
 
O, həmçinin əlavə edib ki, vitaminləri həkim nəzarəti ilə qəbul etmək lazımdır. Vitamin əlavələri daha çox payız və qışda tövsiyə olunur.
 

Google+ WhatsApp ok.ru