Ərəb ölkələri Yəmənin cənubuna desant qüvvələri yeridib 26 Mart 2015 02:00 Yəmən Bəzi ərəb ölkələrinin Yəmənə hərbi müdaxiləsinin davamında informasiya qaynaqları Fars Körfəzi ətrafında yerləşən ərəb ölkələrinin hava-desant qüvvələrinin Yəmənin cənubunda yerləşən Ədən şəhərinə yeridilməsindən xəbər verir. Maide.az xəbər verir ki, Səma xəbər agentliyinin verdiyi məlumata görə, Fars Körfəzi ətrafında yerləşən ərəb ölkələrinin hərbi təyyarələri Yəmənə quru qoşunlarının yeridilməsi məqsədi ilə Ədən şəhərinə desant qüvvələri endiriblər. Bu arada Yəmənin Ənsarullah hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Bəxiti Ərəbistana doğru ilk raketin atılmasından xəbər verib. M. əl-Bəxiti Ərəbistanın Yəmənə hücum etməsinə cavabındaYəmənin xalq qüvvələri ixtiyarlarında olan bütün imkanlardan istifadə olunacağını bildirib. Əl-Ərəbiyyə kanalının məlumatına görə, hücum əmri Ərəbistan vaxtı ilə saat 12-də Ərəbistan kralı tərəfindən verilib. "Kəskin Tufan" adlandırılan bu hərbi əməliyyatları Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Pakistan, Mərakeş, Sudan və İordaniya dəstəkləyir. Misirin Xarici İşlər Nazirliyi də Yəmənə qarşı hərbi əməliyyatları dəstəklədiyinibildirib və elan edib ki, bu ölkənin quru, dəniz və hava qüvvələri Yəmənə qarşı hərbi əməliyyatlara dəstək verəcək. Oman Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv yeganə ölkədir ki, "Kəskin Tufan" əməliyyatında iştirakdan imtina edib. Bu arada Ağ Ev də bildirib ki, ABŞ prezidenti Barak Obama Yəmənə hücum planından xəbərdar olub və bu əməliyyata informasiya və lojistik dəstəyin verilməsi barədə göstəriş verib. Deyilənlərə görə, Ərəbistan qırıcıları Yəmənə olan hücumlar zamanı Ənsarullah hərəkatının lideri Əbdülmalik Husi və onun qardaşlarının mənzilini də hədəfə alıblar. Amma, Ənsarullah hərəkatının Siyasi Şurasının üzvü Tofiq əl-Həmiri Əbdülmalik Husinin ölümü ilə bağlı yayılan xəbərləri təkzib edərək, deyib: Ənsarullah hərəkatının liderlərindən heç biri bu hücumlar zamanı xəsarət almayıb. Yəmən televiziyası Ərəbistanın bu ölkəyə olan hava hücumları zamanı onlarla nəfərin ölməsi və yaralanmasından xəbər verib. / Teqlər : #Ərəb ölkələri Yəmənin cənubuna desant qüvvələri yeridib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səud rejiminin ilk hücumundan sonra Yəməndən görüntülər - FOTO-VİDEO Səudiyyə rejimi Yəmənə 100 qırıcı və 150 min əsgərlə hücum edib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'