Ənsarullah Hərəkatı Səud ordusu ilə döyüşlərə başlayıb 01 Aprel 2015 01:00 Yəmən Səudiyyə Ərəbistanı quru qoşunları ilk dəfə olaraq husilərlə üz-üzə gəlib. ANS PRESS-in məlumatına görə, hazırda Səudiyyə-Yəmən sərhədində Səud ordusu ilə Yəmənin "Ənsarullah" Husi Hərəkatı arasında ağır toqquşmaların baş verildiyi bildirilir. Bundan əvvəl Səud rejimi rəhbərlik etdiyi ərəb koalisiyası ilə birlikdə Yəmən üzərinə hava hücumları həyata keçirirdi. Xəbər verilir ki, hazırda sərhəd boyunca toplar da daxil olmaqla ağır silahlardan istifadə ilə döyüşlər davam edir. Husilər ötən il Yəmən paytaxtı Sənaya nəzarəti ələ aldıqdan sonra ötən həftə eks-prezident Abdurabbu Mansur Hadinin sığındığı və ƏL-Qaidənin nəzarətində Ədən şəhəri üzərinə hücuma başlamışdılar. Qərb istiqamətində kedən döyüşlərdə husilər şəhəri terrorçulardan təmizləyrək Qırmızı dəniz üzərindəki strateji hərbi-dəniz bazasına nəzarəti təmin ediblər./ Teqlər : #Ənsarullah Hərəkatı Səud ordusu ilə döyüşlərə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İkmələddin İhsanoğlu Yəmənlə bağlı xəbərdarlıq etdi: “Bu nüfuz oyununda iştirak etməyin!” Yəməndə yenə vətəndaşlar bombalanıb: 40 mülki şəhid oldu
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'