Ərəbistan və Misir müdafiə nazirləri Yəmən barədə görüş keçirdilər

Ərəbistan və Misirin müdafiə nazirləri Yəmənə hücumları koordinasiya etmək üçün məsləhətləşmə aparıblar.
 
Maide.az-ın məlumatına görə, Misir və Ərəbistanın müdafiə nazirləri Sidqi Sübhi və Məhəmməd Bin Salman cümə axşamı günü Ər-Riyadda görüşərək, Misirin Yəmənə hərbi hücumda iştirakı və Yəmənə qarşı müştərək hərbi əməkdaşlığın gücləndirilməsi barədə danışıqlar aparıblar. 
 
Misir təxminən 2 həftə öncədən Yəmənə qarşı hərbi hava hücumlarına başlayan Ərəbistanın hamilərindəndir. 
 
Bununla yanaşı, Ərəbistan müdafiə nazirinin müavini Əhməd Əsiri cümə axşamı günü mətbuat konfransında Yəmənə hücumlarda Misirin ilk qırıcı təyyarəsinin iştirakından xəbər verib. 
 
Misirin Yəmənə qarşı hücumlarda iştirak etməsi elə bir haldadır ki, Misirin özü bir çox problemlərlə qarşı-qarşıyadır və xalqının tələblərini gerçəkləşdirə bilməmişdir.

Google+ WhatsApp ok.ru