Pakistan Ərəbistanın Yəmənə təcavüzünün dərhal dayandırılmasını istədi 10 Aprel 2015 01:00 Yəmən Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Ərəbistanın Yəmənə təcavüzü dərhal dayandırılmalıdır. Maide.az-ın məlumatına görə, Pakistan XİN sözçüsü Təsnim Əsləm ötən gün İslamabadda jurnalistlərə verdiyi müsahibədə deyib: İslamabad da İran İslam Respublikası kimi Yəmənin təhlükəsizlik vəziyyətindən nigarandır və bu ərəb ölkəsinin böhranı üçün həll yolunun tapılması ardıncadır. Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi həmçinin Yəməndə sakin olan Pakistan vətəndaşları barədə deyib: İslamabad Pakistan vətəndaşlarının əksəriyyətini Yəməndən çıxarıb. Lakin hal-hazırda bir qrup pakistanlı Yəməndə vardır və onlar bu ölkəni tərk etmək istəmirlər. Yəmənin istefa vermiş və fərari prezidenti Əbd Rəbbə Mənsur Hadiyə dəstək bəyanəsi ilə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə hava hücumları nəticəsində indiyə qədər yüzlərlə sivil, o cümlədən uşaq və qadın həlak olmuşdur. Teqlər : #Pakistan Ərəbistanın Yəmənə təcavüzünün dərhal dayandırılmasını istədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəbistan Yəmən paytaxtına hava hücumları edib Ərəbistan və Misir müdafiə nazirləri Yəmən barədə görüş keçirdilər
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'