Ərəbistanın Yəmənin taxıl anbarlarını bombalayır

Yəmənə qarşı savaşın on doqquzuncu günü elə bir şəraitdə başlanıb ki, Ərəbistanın Yəməndəki hədəfləri siyahısı başa çatıb və Səudiyyə pilotları indi xəstəxanalar, idman mərkəzləri və taxıl anbarlarını bombalayırlar.
 
Maide.az-ın məlumatına görə, Ərəbistanın komandanlığı altında olan Yəmən əleyhinə koalisiyanın bu ölkəyə qarşı təcavüzləri və həmin ölkənin infrastrukturları və mühüm təsisatlarının bombalanması BMT Təhlükəsizlik Şurasının sükutu altında on doqquz gündür davam edir və məqsəd, Yəmənin istefa vermiş prezidentini hakmiyyətə qaytarmaqdır.
 
Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam Livanın Əlməyadin televiziyası ilə müsahibədə bildirib ki, bu qup Ərəbistan tərəfindən hər cür dialoqa çağırışı rədd edir. O, bildirib ki, Ərəbistan Yəmənin ərazisinə təcavüz edib və hücumlarını davam etdirdiyi zamanadək bizi müzakirələrə dəvət etmək vəziyyətində deyil. 
 
Digər bir xəbərə görə, Yəmənin Zəmmar vilayətindəki Cəbəlulşərq məntəqəsinin sakinləri bazar günü geniş aksiya keçirərək, Səudiyyə təyyarələrinin onların ölkələrinə qarşı hücumlarının davam etməsi və səudiyyəlilərin Yəmənin ifrastrukturlarını dağıtmalarını kəskin tərzdə pisləyiblər.
 
Aksiyaçılar habelə çoxlu sayda yəmənli mülkinin ölüb və yaralanması ilə nəticələnmiş Ərəbistanın hava təcavüzləri və Əlqaidə terrorçu təşkilatına qarşı müharibədə ölkələrinin təhlükəsizliyi və silahlı qüvvələrinin müqavimət və səylərini dəstəklədiklərini bildiriblər.
 
Etirazçılar dünya ölkələrinin Ərəbistanın Yəmənə qarşı təcavüz və cinayətləri, eləcə də qadın və uşaqları qırğın etməsi qarşısında susmalarını kəskin tərzdə pisləyiblər. Onlar Yəmənin hava, quru və dəniz mühasirəsinə son qoyulmasını tələb ediblər.

Google+ WhatsApp ok.ru