Ənsarullah bir neçə Ərəbistan casusunu həbs edib

Ənsarullah hərəkatı Milli Təhlükəsizlik Xidməti daxil olmaqla bəzi hərbi orqanlarda Ərəbistandan asılı olan bir qrup casusu həbs edib.
 
Maide.az-ın məlumatına görə, Yəmən Ənsarullah hərəkatı ötən bir neçə gün ərzində Yəmənin ordusu, siyasi orqanları və Milli Təhlükəsizlik Xidmətində fəaliyyət göstərərək, xəyanət edən bir neçə Ərəbistan casusunu aşkarlayaraq, həbs edib.
 
Londonda çıxan "Əlşərqulosət" qəzeti "Yəmən Ənsarullahı Ərəbistan koalisiyası ilə həmkarlıq ittihamı ilə ordu başçıları və üzvlərindən bir neçəsini həbs edib" adlı xəbərində yazıb ki, bu şəxslər ordu, təhlükəsizlik qüvvələri və kəşfiyyat xidmətlərinin üzvləri olublar.
 
Məlumata görə, həmin casuslar bəzi həssas nöqtələrdə çip və detektorlar yerləşdirərək, hərbi mərkəzləri hədəfə almaqda Səudiyyə qırıcılarına kömək edirmişlər.
 
"Əlşərqulosət" Yəməndəki bir hərbi rəsmiyə istinadla yazıb ki, husilərin silahlı şəxsləri siyasi orqanlar, Milli Təhlükəsizlik Xidməti və ordu qüvvələrində geniş həbslər apararaq, onlarla nəfəri həbs ediblər.

Google+ WhatsApp ok.ru