Ərəbistanın Yəmənə hücumları davam edir 30 Aprel 2015 01:00 Yəmən Maide.az-ın məlumatına görə, Ərəbistan qırıcı təyyarələri Yəmənin şimalında Sədə vilayətinin səmasında uçuşlar keçirərək bu vilayətin müxtəlif bölgələri, o cümlədən Səhar məntəqəsini bombalamağı davam etdirirlər. Digər tərəfdən Yəmən ordusu qüvvələri və xalq komitələri Marib vilayətinin əl-Ətif məntəqəsində əl-Qaidə terrorçuları ilə döyüşdə terrorçuları bu məntəqədən qaçmağa məcbur ediblər. Həmçinin əl-Qaidə terrorçularının Ədən hava limanına hücumu ordu və xalq komitələrinin müqaviməti ilə üzləşib və bu döyüşdə 20 terrorçu öldürülüb. Bu arada Ərəbistan qırıcı təyyarələri terrorçulara kömək üçün Ədən aeroportuna 4 dəfə hücum ediblər. Digər tərəfdən Yəmən ordusu və xalq komitələri Ərəbistan qırıcı təyyarələrinin Yəmənin cənubunda Ləhic vilayətinin əl-Vəht məntəqəsində terrorçulara atdıqları ərzaq və tibbi yardımları nəzarətə götürüblər. Yəməndən əldə olunan digər bir məlumata görə, Yəməndə terrorçuların silah və sursat çatışmazlığı və xalq komitələrinin terrorçular qarşısında uğurlarını nəzərə alaraq, Ərəbistan qırıcı təyyarə və helikopter vasitəsi ilə Yəməndə terrorçulara silah-sursat çatdırır. Belə ki, terrorçular xalq komitələri qüvvələri ilə döyüşə bilsinlər. Qətər paytaxtı Dohada olan Yəmənin bir hərbi rəsmisi də bildirib ki, Ərəbistan Yəmən qəbilələrinin yüzlərlə döyüşçüsünə hərbi təlimlər keçməkdədir. Bununla əlaqədar ötən həftə 300 yəmənli qəbilə döyüşçüsü Ərəbistanda təlim keçib və təlimdən sonra Yəmənə qayıdıblar. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyini bir rəsmisi isə bildirib ki, bu nazirlik Yəmən müharibələrində bu ölkədəki döyüşçüləri gücləndirmək planını öz gündəmində saxlayır. Çünki yəmənli qüvvələr bu ölkənin bölgələrini yaxşı tanıyırlar. Lakin problem Yəməndə qəbilə döyüşçülərinin sayının az olmasıdır. Digər tərəfdən Ərəbistanın Yəmənə hücumlarının davam etməsi bu ölkədə insan faciəsinin baş verməsinə səbəb olub. Belə ki, Ali-Səud rejimi zəruri ərzaq maddələri, eləcə də yanacağın Yəmənə çatmasının qarşısını alır. Teqlər : #Ərəbistanın Yəmənə hücumları davam edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran təyyarəsinə görə hava limanını bombaladılar - VİDEO Beynəlxalq Qızıl Xaç Komitəsinin Yəməndə insan faciəsi haqda xəbərdarlığı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'