Beynəlxalq Qızıl Xaç Komitəsinin Yəməndə insan faciəsi haqda xəbərdarlığı

Beynəlxalq Qızıl Xaç Komitəsinin Sənadakı sözçüsü Mari Keller Feğali dünən Livanın Əlməyadin xəbər kanalı ilə müsahibədə deyib ki, Yəmənin insan vəziyyəti faciəlidır və kəskin dərman, yanacaq çatışmazlığı xəstəxanalar və təcili yardım maşınlarının münasib fəaliyyətinə mane olubdur.
 
Maide.az-ın məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Sənadakı sözçüsü əlavə edib ki, Yəmən xalqı kəskin qida çatışmazlığı ilə üzləşib: "Zira bu ölkə əsas qida maddələrinin doxsan faizini idxal edir və içməli su qıtlığı var." 
 
Mari Keller Feğali bildirib ki, Yəmənin bəzi məntəqələrindəki toqquşmaların genişliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Marib və Ədən kimi vilayətlərə çıxa bilməməsi bu beynəlxalq orqanın fəaliyyəti üçün əsas maneələr sayılır. 
 
Ərəbistan ABŞ-ın dəstəyi və bəzi ərəb ölkələrinin həmkarlığı ilə martın 26-dan Yəmənə qarşı hava hücumlarına başlayıb və bu təcavüzün ardınca Yəmən xalqından minlərlə nəfər həlak olub və yaralanıb, bu ölkənin infrastruktur təsisatları da məhv edilibdir.

Google+ WhatsApp ok.ru