Ərəbistan ordusu yəmənli qüvvələrin hücumunda onlarla hərbçisini itirdi

Maide.az-ın məlumatına görə, Yəməin xalq komitələri və qəbilə qüvvələri Sədə vilayətinin şimalında, Ələm məntəqəsinin yaxınlığında Səudiyyə Ərəbistanına aid bir hərbi bazaya hücum ediblər. Bu əməliyyat zamanı biri zabit olmaqla 28 səudiyyə hərbçisi öldürülüb. Yəmənli qüvvələr həmçinin 5 hərbi texnikanı məhv ediblər. 
 
Səudiyyə Ərəbistanı ilə digər sərhəd məntəqələrdə xüsusilə əl-Daxin, əl-Dud, əl-Əyn, əl-Harrə, əl-Cabiri, Ələb və Əbu Kəsaf məntəqələrində həyata keçirilən oxşar əməliyyatlar zamanı da bir qrup Səudiyyə hərbçisi ölüb və yaralanıb. 
 
Yəməndən daxil olan başqa bir məlumata görə, Yəmənin Ənsarullah xalq hərəkatı Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanı əməkdaşlarından bir neçəsini həbs edib.
 
Bu məlumata görə, Ənsarullah hərəkatı əl-Hədidə limanında Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanı əməkdaşlarından 15 nəfəri həbs edib. 
 
Ənsarullah hərəkatının rəhbər üzvlərindən olan Həmid Tariq əl-Ədnani deyib: Ərəbistanın xüsusi xidmət orqanı əməkdaşları İranın humanitar yardım gəmisinə qarşı terror aktı törətmək və bu gəmiyə doğru raket atmaq məqsədi ilə əl-Hədidə limanına daxil olublar. 
 
Əl-Ədnani saxlanılan casus-terrorçuların üzərindən modern silahlar və terror aktında istifadə olunması nəzərdə tutulan raket aşkar və müsadirə edilib.
 

Google+ WhatsApp ok.ru