Ərəbistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Maide.az-ın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin paytaxt Sənadakı İran səfirliyinin yaxınlığına iki raket atmasının ardınca, Ərəbistanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili ötən gecə İran XİN-ə dəvət olunub və İslam Respublikasının sərt etirazı ona bildirilib.
Həmçinin Ərəbistanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinə Yəmənə qarşı müharibədə iştirak edən bu ölkə və digər ölkələrin İran İslam Respublikasının diplomatları və diplomatik məkanlarının toxunulmazlığı və təhlükəsizliyi ilə əlaqədar beynəlxalq məsuliyyətlərə etinasızlığının mənfi nəticələri haqda xəbərdarlıq olunub.

Google+ WhatsApp ok.ru