Ərəbistan-Yəmən sərhədində şiddətli qarşıdurmalar baş verir

Yəmən güclərinin Səudiyyə Ərəbistanının 60-cı günə daxil olan hava hücumlarına qurudan cavab verməyə başladığı bildirilir.
 
Maide.az-ın "Əl-Məyad"in televiziyasına istinadən verdiyi məlumata görə, Yəmən silahlı qüvvələri ilə Səudiyyə sərhədçiləri arasında şiddətli qarşıdurmalar yaşanır.
 
Xəbərdə bildirilir ki, bu gün sərhəd bölgəsində baş verən münaqişələr Səudiyyənin hava hücumunu başladığı 25 martdan günündən bu yana ən şiddətli toqquşmalar olduğu bildirilir.
 
Səudiyyə hava hücumlarına qarşı daha əvvəl də bəzi Yəmənli qəbilələrin məhdud hücumları olmuşdu. Ancaq ötən həftədən bəri Səudiyyə sərhədçilərinin yerləşdiyi mövqelərə qarşı əməliyyatlarda Yəmən ordusu və Xalq Komitələrinin də iştirak etdiyi deyilir.
 
"Əl-Məyadin"in xəbərində Yəmən qüvvələrinin keçirdiyi iki ayrı hücumda Səudiyyə sərhədçilərinin yerləşən mövqelərinə 150 "Katyuşa" raketi atıldığını və hücumlar nəticəsində 15 Səudiyyə əsgərinin öldürüldüyünü, 11-nin də yaralandığını bildirir.

Google+ WhatsApp ok.ru