Ənsarullah Hərəkatı: “Razılaşma olmadan Ədəndən geri çəkilmərik”

Əsarullah Hərəkatı müqavilə imzalanmadan qabaq Ənsarullah xalq qüvvələri və ordu qüvvələrinin Yəmənin cənubunda yerləşən Ədən əyalətindən geri çəkilməyəcəyini bildirib.
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, məlumatı Cenevrədəki danışıqlarda iştirak edən Rusiya təmsilçisi bildirib.
Cenevrə danışıqlarına qatılan Səna nümayəndə heyətinin üzvlərindən Əli İmad da əl-Məyadinə verdiyi açıqlamada, müzakirələrin şənbə gününə qədər təxirə salındığını bildirib.
İmad bu görüşlərdə, Yəməndə hər hansı bir bölgədən xalq komitələri və ordu birliklərinin çəkilmədən əvvəl dövlət qurum və təsisatlarının bərpa olunmasının zərurəti mövzusunda məşvərət etdiklərini ifadə edib.
Səna nümayəndə heyətinin digər bir üzvü Həmzə əl-Husi də Cenevrədə danışıqların ciddiliklə davam etdiyini və bəzi məsələlərdə irəliləyişlərin əldə olunduğunu, məsləhətləşmələrin atəşkəslə başa çatmasını arzu etdiyini bildirib.
Fars xəbər agentliyinin verdiyi başqa bir xəbərə görə, ABŞ ilə Rusiya da Yəməndə Ramazan ayı ərzində humanitar atəşkəs razıdırlar./

Google+ WhatsApp ok.ru