Yəmənin paytaxt məscidlərində silsilə partlayışlar, 31 nəfər öldü

Yəmənin paytaxtı Sananın 4 fərqli bölgəsində eyni vaxtda təşkil edilən hücumlar zaanı ən az 31 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

İslamazeri.az-ın "Solhaber"ə istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sananın bir neçə bölgəsində eyni vaxtda təşkil edilən və şiələrin sıx yaşadlığı ərazilərdəki məscidləri hədəf alan 4 hücumda ən az 31 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.
Yaralıların çoxunun vəziyyəti ağır olduğu bildirilir. Yəmənli səlahiyyətlilər ölənərin sayının arta biləcəyini söyləyir. Partlayıcı qurğuların yerləşdirildiyi maşınlardan biri, Husilərin yaratdığı siyasi şuranın sədri Saleh Samədin evi qarşısında, ikinci qurğu, Husilərin digər bir lideri Tahi Mütəvəkkilin evi qarşısında partladılıb.
Digər patlayışlar isə şəhərin mərkəzində yerləşən iki məscid qarşısında baş verib. Hücumlar, Husi tərəfdarlarının axşam namazları üçün məscidlərə gəldiyi zaman həyata keçirilib. İlkin ehtimallara görə, hücumlar kamikadzelər tərəfindən həyata keçirilib. "Twitter" sosial şəbəkəsində isə baş verən hücumları İŞİD-in boynuna götürdüyü barədə xəbərlər yayılıb. /

Google+ WhatsApp ok.ru