`Ənsarullah` lideri `Qüds Günü` ilə bağlı çıxış edib Mənbə : İslamazeri

"Ənsarullah" hərəkatının lideri Əbdül məlik Husi "Beynəlxalq Qüds Günü" ilə bağlı Yəməndə çıxış edib.

İslamazeri.az-ın "Alalam"-ə istinadən verdiyi xəbərə görə, ölkə daxili böhrandan söz açan Əbdül-Məlik Husi deyib:"BMT ABŞ-ın mövqeyi və Səudiyyənin pulunun təsiri altındadır. Elan olunan sonuncu atəşkəsə də ümüd yoxdur. Atəşkəs yəni təcavüzün müvəqqəti dayandırılması. Biz, bu Yəmənə qarşı olan təcavüzlərin müqabilində susmayacaq və lazımi addımları atacağıq. İsrail, Səudiyyəni özünün bacarmadıqları cinayətləri törətməyə məcbur etdi. Xalqımız bu gün ABŞ-a məxsus raketlərin hədəfinə tuş gəlib, dünyasını dəyişir. Səud rejimi öz cinayətlərini ABŞ və İsrailin dəstəyi ilə davam etdirir. Səud rejimi alətə çevrilib, İsrail və Amerikanın oyuncağına çevrilib. Xalqımızın bu təcavüzə cavab verməkdən başqa çarəsi yoxdur. Hücumlar dayandırılmasa ümumi səfərbərlik elan edəcəyik. Ali Səud rejimi açıq-aşkar İsraillə müttəfiq olublar".   Daha sonra Fələstin xalqının yanında olduqlarını dilə gətirən Əbdül-məlik Husi bildirib: "Yəmən xalqı Fələstin xalqını dəstəkləyir. İsrail Yəmən xalqının oyanmasından və müsəlman xalqlarını dəstəkləməsindən qorxur. Xalqımız bu ağır şəraitdə belə "Qüds Günü"nü qeyd edir. Ölkəmizə hücum ümmətin əsas məsələsini unutmağa səbəb olmayıb". /

 

Google+ WhatsApp ok.ru