Ərəbistan Yəməndəki atəşkəsdən sui-istifadə edib

Maide.az xəbər verir ki, Ənsarullahın Siyasi Şurasının sədri Saleh Əlsəmad müvəqətti atəşkəsin Ərəbistan tərəfindən pozulmasını bu ölkənin əsl simasının göstəricisi adlandıraraq, deyib: "Səudiyyəli təcavüzkarlar bu fürsətdən Ədəndəki muzdurlarına silah və sursat göndərmək üçün istifadə ediblər. O, bu silahları olduqca təhlükəli silahlar adlandırıb." 
 
Ənsarullahın Siyasi Şurasının sədri Ali-Səudun Yəmənin müxtəlif məntəqələrindəki cinayətlərinin davam etməsinə işarə edərək, dünya ictimaiyyətinin Ərəbistanın Yəmən xalqına qarşı cinayətləri qarşısında sükuta dalmasından təəssüflənib.
 
Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan ərəsbistanlı muzdurlar dünən təcavüzkar səudiyyə rejiminin dəstəyi ilə Ədən şəhərinin qərbindəki Rəəs Umran məntəqəsində yerləşən dövlət mərkəzlərinə basqın edərək, onların əmlakını talan ediblər.
 
Həmçinin muzdur ərəbistanlı terrorçular bu gün səhər Səna şəhərinin Tunis küçəsində Ənsarullah hərəkatının rəhbərlərindən olan Zeyd Əli Əlmutəvəkkili terror ediblər.

Google+ WhatsApp ok.ru