Ərəbistan rejimi Səde vilayətini kaset bombalarla hədəfə aldı

 “Yəmən müharibəsi Mediası” adlanan qrup Yəmənin şimalında yerləşən Səde vilayətinin yaşayış məntəqələrinin kaset bombalarla vurulmasını təsdiq edən video yayıb.
 
Maide.az xəbər verir ki, “Yəmən müharibəsi Mediası” adlı qrup tərəfindən yayılan videokadrlarda göstərilir ki, Səud rejiminə məxsus reaktiv təyyarələr Səde vilayətinin Məran kəndində yerləşən yaşayış evlərini qadağan edilmiş kaset bombalarla vurur.
 
Bu bombardımanlar nəticəsində onlarla dinc sakin həlak olub və yaralanıb, bir çox evlər isə dağıdılıb.
 
Ərəbistan rejiminin Yəmənin müxtəlif regionlarına qarşı həyata keçirdiyi davamlı və məqsədsiz hücumların ardınca, ölkənin paytaxtı Sənanın Sənhan rayonunda yerləşən Əl-Muhaqerə düzənliyi bir neçə hava zərbələrinin hədəfinə çevrilib.
 
Digər tərəfdən isə, Səud rejiminə aid qırıcı təyyarələr Həcce vilayətinin Hərz rayonunda yerləşən Təhlükəsizlik orqanlarının binasını da bombalayıb.
 
Həmçinin Əl-Cuf vilayətinin Həzm rayonunun bombalanması nəticəsində bir nemə Yəmən vətəndaşı həyatını itirib. 
Qeyd edək ki, Yəmən yeddi aydır ki, Səudiyyə Ərəbistanı rejiminin başşılıq etdiyi işğalçı Ərəb Koalisiyası tərəfindən hava və yerüstü hücumlara məruz qalıb.  İndiyədək bu hücumlar nəticəsində 7 min insan öldürlüüb.  
Digər bir məlumata görə, Sudan Yəmənin Ənsarullah hərakatına qarşı yerüstü əməliyyatlarda iştirak etmək üçün öz hərbi güclərini və texnikasını Ədən şəhərinə göndərib. /
 

 

Google+ WhatsApp ok.ru