əl-Qaidə Yəməndə şiələrə məxsus tarixi məscidi dağıtdı

Yəməndə Ədən vilayətinin bir sıra bölgələrinə nəzarət edən əl-Qaidə terrorçuları əl-Xucə kimi tanınan və 12 İmama inanan hind şiələrə məxsus əl-Hüseyni məscidini dağıdıblar. Terrorçular habelə məscidin iki gözəl günbəzini də məhv ediblər.

Maide.az xəbər verir ki, bu məscid Kriter rayonunda İmam əl-İdrus küçəsində yerləşir. Bu vəhşi akt, əl-Qaidə tərəfindən Həzərmut və Ləhəc vilayətlərində yerləşən ziyarətgahlara, günbəzlərə və tarixi məscidlərə hücumları istiqamətində törədilib.

Yəmən KİV-ləri yerli mənbələrə istinadən bildiriblər: əl-Qaidə üzvləri məscidin qalan hissəsini və tamamilə sökə bilmədikləri iki tarixi günbəzi də dağıtmaq məqsədilə buldozerdən istifadə ediblər.

əl-Qaidənin bu cinayətkar addımı yerli rəsmilərin gözü qarşısında törədilib və onlar həmin məscidi tamamilə yerlə yeksan ediblər. /

Google+ WhatsApp ok.ru