Yəmən ordusunun hücumlarında bir qrup Səud hərbçilər öldürülüb

Yəmənin cənubunda əl-Ənd hərbi bazasında partlayıcı tələnin işə düşməsi iə 2 BƏƏ-li və 3 sudanlı hərbçi həyatlarını itirib.
Maide.az xəbər verir ki, Yəmən ordusunun raket hücumları nəticəsində 7 Ərəbistan hərbçisi də öldürülüb.
Yəmən ordusu Ənsarullah Xalq Komitəsi qüvvələrinin dəstəyi ilə Nəcranda 3 yeni hərbi bazanı ələ keçiriblər.
Bu ölkənin ordusu habelə bir qrup Səud hərbçisinin öldürülməsindən və onların hərbi sursatının məhv edilməsindən sonra, Nəcran bölgəsinin bir sıra hərbi bazalarını ələ keçiriblər.
Məlumatda o da əlavə edilir ki, Ərəbistan ordusuna məxsus 6 zirehli texnika və daha 15 hərbi texnika bu hüxum nəticəsində sıradan çıxarılıb.
Xəbərin davamında qeyd edilir ki, Yəmən ordusunun Xəbbaş, Rəqabe və Sedis, eləcədə Nəhuqə hərbiz bazalarına endirdiyi raket zərbələri nəticəsində iki ədəd tank, 3 hərbi maşın və 3 buldozer də tamamilə məhv edilib.
Ərəbistanın Yəmənə hava hücumları davam edir
ərəbistana məxsus qırıcılar 01 dekabr çərşənbə axşamı günü paytaxt Sənada yerləşən Fəc Əttan və ən-Nəhdeyn bazalarına bir neçə raket atıblar.
Məlumata əsasən, bu bölgələrin, həmçinin Səna şəhərinin cənubunun Sənhan rayonunda Rime Həmid hərbi bazalarının bombalanması nəticəsində güclü partlayış səsləri eşidilib.
Dünən Səud rejiminin hərbi təyyarələrinin Yəmənin cənub qərbindəki Təəz vilayətinin Mesrax rayonunda yerləşən Krif rayonuna hücumları nəticəsində 2 uşaq həlak olub, bir neçə nəfər isə yaralanıb.
Yəmənin şimalındakı Səde vilayətinin Heydan rayonunu Fut qəsəbəsinin bombalanması ilə iki nəfər yaralanıb./
 

 

Google+ WhatsApp ok.ru