Ərəb koalisiyası bombaladı, `Ənsarallah` Küveytdəki görüşdən imtina etdi

 Yəmənli Husi və onların müttəfiqləri, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyasının bombardmanlarına etiraz olaraq Küveytdə keçirilən danışıqların növbəti görüşündən iştirak etməkdən imtina ediblər.
Məlumata görə,  BMT-in Yəmən üzrə xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd, bazar gününə olan iclası qeyri-müəyyən müddətə təxirə salıb.
Daha əvvəl, Husilərə məxsus “Əl-Məsira” telekanalı bildirmişdi ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya bazar günü, paytaxt Səna əyalətinə zərbə endirib. Bombardman nəticəsində 7 nəfər həyatını itirib, daha 13 nəfər isə yaralanıb. (islamazeri)

Google+ WhatsApp ok.ru