Yəmən danışıqlarında əsir və məhbusların azad edilməsi üçün razılıq əldə olundu

Küveytdə Yəmən böhranı ilә bağlı həllin tapılması üçün davam etdirilən müzakirələrlə әlaqәli Əsirlər və Məhbuslar Komitəsi açıqlama verərək, tərəflərin əlindəki əsir və məhbusların azad edilməsi məsələsində razılaşdıqlarını bildirib.
 
Deyerler.Org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, komitə Ənsarullah və sabiq prezident Əli Abduillah Salehin birgə təmsil etdiyi nümayəndə heyətilə istefa verərək qaçmış sabiq prezident Hadinin nümayəndə heyəti arasında əsir və məhbuslarla bağlı razılığın əldə olunduğunu qeyd edib.
 
Prinsip etibarı ilә qəbul edilən, ancaq hələ imzalanmayan razılaşma qüvvәyә minәndәn sonra, 20 gün ərzində hər iki tərəfin də 50 nəfəri azad etməsi məsələsində razılıq var.
 
Azad edilmə işlərinin necə aparılacağı mövzusu ilə bağlı daha sonra müzakirə tərəflərinin iştirakı və təsdiqiylə ümumi bir iclasda qərar veriləcəyi bildirilib. /
 

Google+ WhatsApp ok.ru