Ərəbistan rejimi Yəməndə kaset bombalardan istifadə etdiyini etiraf etdi 20 Dekabr 2016 02:00 Yəmən Səudiyyə Ərəbistanı Yəməndə qadağan olunmuş kaset bombalardan istifadə etdiyini etiraf edib. Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı rejim qüvvələrinin sözçüsü Əhməd Əl-Əsiri bazar ertəsi deyib ki, koalisiya qüvvələrinin Yəməndə Britaniya istehsalı olan BL755 kaset bombalarından istifadəsi məhdudlaşdırılıb. O, iddia edib ki, bu bombalar yalnız xüsusi hərbi bazaları vurmaq üçün istifadə olunub və Səudiyyə Ərəbistanı krallığı belə silahlardan istifadəni qadağan edən konvensiyanın üzvü deyil. “Bəzi ölkələr 2008-ci ildə kaset bombalardan istifadəni qadağan edən konvensiyaya üzv oldular ki, bu kimi silahlardan istifadə etməsin. Ərəbistan və onun müttəfiqləri bu konvensiyaya üzv deyil ona görə kaset bombalardan istifadə bu ölkənin beynəlxalq aləmdə öhdəliyini pozmaq anlamında deyil”. O deyib ki, Səudiyyə Ərəbistan kaset bombalardan istifadəni dayandırmağa qərar verib və bu haqda Britaniya hökumətinə də məlumat verib. Səudiyyə Ərəbistan rəsmisi bu açıqlamanı Britaniya Müdafiə Nazirliyində Ərəbistan rejiminin Yəməndə kaset bombalardan istifadəsinə dair araşdırma başlandıqdan sonra verir. Yəmənin yeni baş naziri Əbdül Əziz Saleh ben Həbtur bir neçə gün öncə Britaniyanı Yəməndə “hərbi cinayət” törətməkdə ittiham edib. “Britaniya kaset bombaları Səudiyyə Ərəbistanına satıb və bilir ki, Səudiyyə rejimi bu bombalarla Yəmənin dinc xalqına qarşı istifadə edir. Onlar (Britaniya) Yəmən xalqının bombalanmasında şərikdirlər”. Qeyd edək ki, Amnesty International bir müddət öncə yayımladığı bəyanatda bildirmişdi ki, Səudiyyə Ərəbistan rejimi kaset bombalardan istifadə etməklə Yəmənin müxtəlif bölgələrini mina sahəsinə çevirib. Bəyanatda Səudiyyə rejiminin qırıcılarının kaset bombalarından istifadə etdiyini və bu bombaların dinc sakinlərinə törədəcəyi təhlükə ilə bağlı xəbərdarlıq edilmişdi. Amnesty International Səudiyyə Ərəbistanı kaset bombalarından istifadə etməməyə çağırmış və beynəlxalq ictimaiyyətdən istəyib ki, Yəməndəki bu ərazilərin təmizlənməsinə yardım etsinlər. Xatırladaq ki, bundan öncədə Human Rights Watch və Beynəlxalq Amnistiya Təşkilatı dəfələrcə Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu və bu cinayəti dayandırması haqqında bəyanatlar verib. Teqlər : #Ərəbistan rejimi Yəməndə kaset bombalardan istifadə etdiyini etiraf etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənli rəsmi: Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə Yəmən xalqına bir həb belə yardım etməyib Səudiyyənin hava zərbəsindən sonra xəstəxanaya çatdırılan körpələr - VİDEO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'