ADİHİ rəhbəri ATƏT-in toplantısında Çin və Myanmarda öldürülən müsəlmanlar barədə danışıb

Əhməd Şahidov Avropada İslam dini və müsəlmanlar haqqında formalaşmış fikrin yalnış olduğunu diqqətə çatdırıb

2-3 iyul tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi “Din və inanc azadlığı” adlı beynəlxalq konfransda ATƏT coğrafiyasında din və inanc azadlığı, konfessiyalar arası dialoq məsələləri müzakirə edilib.

Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müqəddəs Ramazan ayında bütün dünyada sülh və qardaşlığın bərqərar olmasına çağırıb və dinlərarası dialoqun zəruriliyini qeyd edib. Avropada İslam dini və müsəlmanlar barədə yanlış fikrin formalaşdırıldığını diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov Myanmarda və Çində günahsız müsəlmanlara və türklərə qarşı həyata keçirilən soyqırım və qətllərə biganə qalmamağa çağırıb və bu məsələnin də müzakirə edilməsini təklif edib.

Google+ WhatsApp ok.ru