Ali-Səudun Yəməndə ən yeni cinayəti

Ali-Səud rejimi qırıcılarının Yəmənin Həccə vilayətinə qarşı hücumunda 35-dən çox yəmənli şəhid olub, 70-dən çox insan isə yaralanıb. 
Maide.az xəbər verir ki, yaralananlardan  bir neçəsinin vəziyyəti ağırdır. 
Həccə vilayətində Əlməsirə telekanalının müxbiri Vəlid Əlmutəhhər hadisə ilə bağlı bildirib ki, Səudiyyə qırıcıları Həccədəki Hirz rayonunun Ahəm üçbucağı məntəqəsinin bazarına hücum edib.
Səudiyyə qırıcıları bu bazarı bombalamazdan öncə bir neçə oteli hədəfə alıb, həmçinin qaz doldurma məntəqəsini  üç dəfə bomablayıblar.  
Qeyd edək ki, artıq 100 gündən çoxdur ki,  Səudiyyə rejimi və müttəfiqləri Yəmənə qarşı hərbi təcavüzünü davam etdirir. Yəmən Daxili İşlər Nazirliyi Səudiyyə və müttəfiqlərinin Yəmənə qarşı hava hücumlarında ölən və yaralanan yəmənlilərin sayının 11 mindən artıq olduğunu açıqlayıb.Onlardan  2554 nəfər həlak olub, 8 621 nəfər isə yaralanıb. Ölənlərin 449-u uşaq və 352-si qadın, yaralılar arasında isə 778-i uşaq və 619-u qadındır.
Bu müddət ərzində  Yəmənin infrastruktur obyektləri, yolları, hava limanları, ictimai obyektləri, məktəbləri, xəstəxanaları, stansiyaları və ərzaq anbarlarına da ciddi dərəcədə zərər dəyib.  Rəsmi hesabatlara əsasən, Yəmənin səhiyyə sektoru ilə bağlı əsas infrastruktur obyektlərinin 70 faizi yararsız vəziyyətə gətirilib. Səudiyyə hücumlarında, 70-dən artıq xəstəxana və dispanser, 125-dən artıq tibbi mərkəz də dağıdılıb. /
 

Google+ WhatsApp ok.ru