Yəməndə 3 ayda 259 uşaq öldürülüb

Yəmənin Ədən şəhərində təcavüzçü Səud rejimin əsgərləri 259 uşağı öldürüb.
Maide.az xəbər verir ki, bu barədə Ədən şəhər Səhiyyə İdarəsinin müdiri Əl-Xıdır Lasur məlumat verib.
Onun sözlərinə görə, şəhərdə davam edən silahlı hücumlar nəticəsində 858 sakin öldürülüb ki, onlardan da 259-u uşaqdır. Bundan başqa, 6879 nəfər də yaralanıb.
Lasur məlumat verib ki, ölkədə davam edən müharibə nəticəsində müxtəlif xəstəlilər də yayılıb və nəticədə 256 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, mart ayından etibarən Səudiyyə Ərəbistanı və tərəfdaşlarının Yəmənə təcavüzü davam edir./

Google+ WhatsApp ok.ru