Almaniya Yəmən soyqırımında Ərəbistana kömək edir

Maide.az xəbər verir ki, Almaniyada dərc olunan "Şpigel" jurnalı internet səhifəsində bir yazı dərc edərək, Almaniyanın Yəmənə olan təcavüzlərində Ərəbistana yardım etdiyini yazıb. Məlumata görə, Almaniya dövləti müxalif solçu partiyanın parlamentdə apardığı araşdırmalara cavab olaraq, Yəmən xalqının qırğın edilməsində istifadə üçün Ərəbistana Almaniya istehsalı silahlar, o cümlədən "J-3" verdiyini etiraf edib. 
 
Almaniyanın solçu partiyasının parlamentdəki fraksiyasının sədr müavini Yan Van Akın bu hesabata reaksiya olaraq, Almaniyanın bu hərəkətini məsuliyyətsizlik adlandırıb və bildirib ki, Ərəbistana silah vermək yanlış bir hərəkət olub və hazırda müharibənin cərəyan etdiyi bir məntəqəyə silah göndərmək tam məsuliyyətsizlikdir.

Google+ WhatsApp ok.ru