Ərəbistan qırıcıları və Apaçi helikopterləri Yəmənin müxtəlif məntəqələrini hədəfə alıblar

Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı qırıcıları və "Apaçi" helikopterləri 5 günlük atəşkəsin elan olunmasına rəğmən, Yəmənin müxtəlif məntəqələrini, o cümlədən Əb, Ədən və Səədə vilayətlərini hədəfə alıblar. 
 
Ərəbistan qırıcıları bu gün səhər Əb vilayətini 3, Ədən şəhərini isə 5 dəfə hədəfə alıblar. 
Halbuki Yəmənə təcavüz edən koalisiyanın sözçüsü Əhməd Əsiri çərşənbə axşamı rəsmən atəşkəsin başlanmasından xəbər vermişdi. 
 
Bundan öncə Yəmənin Ali İnqilab Komitəsinin sədri Ərəbistanın atəşkəsi pozduğunu bildirərək, Ərəbistanın Yəmənə olan təcavüzlərini bu ölkə xalqı ilə düşmənçilik kimi dəyərləndirib.

Google+ WhatsApp ok.ru